8 min nəfər ordu, 150 tank…
NATO vəziyyətə müdaxilə edə bilər
“Biz heç nə gizlətmirik və gizlətmək mümkün deyil. Əgər NATO üzvləri bizim manevrlərimizdə iştirak etmək istəyirlərsə, buyurub gəlsinlər. Xüsusiləd ə mən belə ismarıcları onlar tərəfindən alıram”-Belarus prezidenti Aleksandr Lukaşenko belə bəyanat verib.
Belarusun dövlət başçısı müdafiə naziri Andrey Ravkovun məruzəsini dinləyərkən onu da bildirb ki, Rusiya ilə birlikdə keçiriləcək “Qərb-2017” hərbi təlimlərində iştirak etmək istəyən bütün tərflər dəvətlidir.
“Görürsünüz, onlar yalnız müdafiə xarakteri daşıyır. Nə biz, nə Rusiya Federasiyası, heç bir halda kiməsə hücum etməyə, nə də təxribata çəkməyə hazırlaşmırıq. Biz hər ehtimala qarşı öz təhlükəsizliyimizi istənilən şəraitdə ən yüksək səviyyədə təmin etməyə hazırlaşırıq”- Lukaşenko belə deyib.
Sentyabr ayında “Qərb-2017” adı altında keçirilməsi nəzərdə tutulan Rusiya-Belarus hərbi təlimləri çox geniş miqyasda baş tutacaq. Təlimlərin hər iki ölkənin ərazisində keçirilməsi planlaşdırlır. Sınaq əməliyyatlarında hər iki ölkədən 15 min nəfərdən artıq hərbçi iştirak edəcək. Təlimlərin yekun mərhələsi Belarus ərazisində həyata keçiriləcək. Bu prosesdə bir neçə min nəfər Rusiya hərbçisi, yüzlərlə tank, döyüş təyyarəsi və digər texnika iştirak edəcək. Əldə olunan məlumatlara görə, döyüş texnikası Belarus ərazisinə Rusiya Müdafiə Nazirliyinin tabelyində olan 4 mindən artıq dəmir yolu vaqonu ilə daşınacaq.
Siyasi müşahidəçilərin fikrincə, sözügedən təlimlərin Rusiyanın bölgədə, ilk növbədə isə Ukrayna ətrafında hərbi təsirini artırmağa xidmət edir. Eyni zamanda, NATO-nun şimal-şərq sərhədləri bpyunca Rusiya ilə qarşıdurmanın artması müşahidə olunur. NATO-nun ötən ilin iyun ayında Polşada keçirilən “Anakonda-2016” təlimlərindən sonra bu regionda Rusiya ilə hərbi qarşıdurma daha da dırinləşib. İyul ayında NATO-nun Varşavada keçirilən sammitində Polşa, Latviya, Litva və Estoniyaya alyansın 4 min nəfərlik silahlı qüvvəsi yerləşdirilib. 2017-ci ilin əvvəlində isə ABŞ adıçəkilən ölkələrə 250 zirehli texnika və “Abraams” tankları göndərib. Şimal-qərb və qərb sərhədlərində NATO-nun hərbi fəallığının artmasından narahat olan Rusiya Polşa və Baltikyanı ölkələrə qarşı yeni strateji hərbi mövqelər qurmağa çalışır. Lakin A. Lukaşenkonun Belarus ərazisində Rusiya hərbi bazalarını yerləşdirməyə izacə verməməsi Moskvanın bu planını pozur. Üstəlik, Belarusun Polşa və Polşa vasitəsi ilə Avropa ölkələri ilə ticarət əlaqələri saxlaması Rusiyanın geosiyasi maraqlarına zərbə vurur.
Ona görə də Belaraus siyasətçiləri və ekspertləri hərbi təlimər zamanı Rusiya silahlı qüvvələrinin bu ölkəyə daxil olmasını çox təhlükəli hesab edir. Yəni Rusiya sınaq əməliyyatlarının sonuncu mərhələsində Belarus ərazisinə göndərdiyi ordusunu oradan geri çəkməyə bilər. Təlimlərə bir neçə ay qalmış Rusiya ilə Belarus arasında münasibətlərin gərginləşməsi və Minskdə etiraz aksiyalarının başlanmasının arxasında da Kremlin prezident Lukaşenkonu devirmək planının dayandığı ehtimal edilir. Rusiya Belarus ərazisində NATO-ya qarşı yeni hərbi bazalar yerləşdirmək üçün özünə yaxın olan bir şəxsin hakimiyyətə gəlməsində maraqlıdır. İlkin olaraq, Rusiya Babruyskda hərbi hava bazası yerləşdirmək niyyətindədir. Ancaq Kremlin Belarusda çevriliş etmək planları baş tutarsa, təlimlər zamanı bu ölkənin ərazisinə yeridilmiş ordu Rusiya ərazisinə qaytarılmaya bilər. Son günlər Belarusda keçirilən etiraz aksiyalarının təşkilində də Rusiyanın dairələrinin əli olduğu istisna edilmir. Hətta pensiyaların ödənilməsi tələbi ilə keçirilən yürüşlərdə Lukaşenkonun Amerikaya satılmaqda ittiham edilməsi bu prosesin Rusiyadan idarə edildiyi barədə ehtimalların inandırıcı olduğunu deməyə əsas yaradır.
Belarus prezidenti isə Rusiyanın təzyiqindən müdafiə olunmaq üçün Qərblə münasibətləri yaxınlaşdırmağa başlayıb. Lukaşenkonun NATO-nu hərbi təlimlərdə iştirak etməyə dəvət etməsi əslində, Brüsselə səfərdən yenicə qayıtmış Belarus prezidentinin Qərbdən dəstək almaq imkanlarını Rusiyaya nümayiş, lazım gələrsə, Şimali Atlantika Alyansı ilə bir cinahda dayana biləcəyinə dair siyasi mesaj vermək məqsədi daşıyır.
Yaranmış vəziyyəti “Azadlıq” radiosunun Minsk bürosuna şərh edən Belarusdan olan hərbi ekspert Valeri Karbaleviçin sözlərinə görə, təlimlərin başlamazdan öncə onun ətrafında qeyri-adi ehtiraslar tüğyan edir. Ekspert bunu Krımın və Donbassın işğalından sonra bölgədə geosiyasi durumun dəyişməsi ilə izah edir.
“İlkin olaraq, ekspertlər Sivitskiy və Tsarik hərbi təlimlərin məqsədinin Belarisa Rusiya qoşunlarını yeritmək olduğunu proqnozlaşdırmışdılar. Rusiya bu əməliyyatı həyata keçirmək üçün çoxlu sayda vaqonlar hazırlayır. Xəbər böyük rezonans doğurdu. Prezident Lukaşenko isə fevralın 3-də keçirilən mətbuat konfransında bunları təkzib edərək hamını sakit olmağa çağırdı. O, bildirdi ki, Rusiya qoşunkları necə gəlibsə, elə də çıxıb gedəcək. Belarusun qonşularından ən böyük narahatlığı isə Litva keçirir. Litva prezidenti Dalya Qribauskayte fevralın 9-da Latviya və Estoniya dövlət başçıları ilə Riqada keçirdiyi görüşdən sonra deyib: “Biz risqlərin artdığını görürük. Biz sərhədlərimiz boyunca “Qərb-2017” təlimləri zamanı böyük və təcavüzkar qoşunların yerləşməsindən narahatıq. Bu, Qərblə müharibəyə hazırlığın nümayişi olacaq”.
Latviyanın müdafiə naziri Raymundas Karoblis belə təxribatlara qarşı cavab tədbirləri görmək üçün NATO-dakı müttəfiqlərinə müraciət edəcəklərini nəyan edib. O, Rusiyanın Avropa üzərində hpkmranlığını bərpa etmək istədiyini, qüvvələr nisbətini pozmağa çalışdığını söyləyib.
Digər hərbi ekspert Vladimir Qlodun açıqlamasına görə, Belarus ərazisinə 8 min nəfər Rusiya həbçisi və 150 tank daxil olacaq ki, bu da çox böyük təhlükədən xəbər verir. Ona görə də ekspertlər Rusiya qoşunlarının hər hansı bir təxribat nəticəsində Belarusdan çıxamamaq və Moskvannın maraqlarını qorumaq üçün orada qalması ehtimalından narahatlıq ifadə edir.
İkincisi, Rusiyanın bu hərəkəti bölgədə hərbi-siyasi qarşıdurmanı daha da dərinləşdirə bilər. Bu zaman NATO-nun ən yüksək həddə hərbi təlimlərə başlayacağı, hətta Alyansın silahlı qüvvələrinin döyüş vəziyyətinə gətiriləcəyi istisna edilmir.
Vitaliy Sıqankov isə hesab edir ki, Qərbin sanksiyaları altında olan Rusiyanın Belarusu işğal etmək istiqamətində addım atmaz. Məntiqi baxımdan yanaşdıqda, Belarus istiqamətində münasibətlərin gərginləşməsi Rusiya üçün əlverişli deyil. Bu sadəcə olaraq, Rusiyanın Qərbə qarşı psixoloji güc nümayişidir. Əgər Rusiyanın belə bir niyyəti olarsa, Belarusu heç kim xilas edə bilməz. Ancaq Kreml Lukaşenkodan fərqli olaraq, özünə daha loyal bir şəxs axtarır. Cebhe.info
