Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Müstəqillik tarixinə qısa siyasi və geosiyasi baxış
Ramin Əhmədov
YAP Nizami rayon təşkilatının sədr müavini
Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesi geosiyasi risklərin və daxİli içtimai siyasi vəziyyətin nəzərə alınması planında fövqəladə əhəmiyyətli tarixi reallıqları meydana çıxardır. Və bu tarixi reallıqlar sübut edir ki, Azərbaycanın mili dövlət müstəqilliyi ağır zəhmətin və prinsipal siyasi- ideoloji mövqeyin ortaya qoyulması nəticəsində mümkün olmuşdur. Xüsusilə SSRİ- in süqutu ilə paralel beynəlxalq siyasi vəziyyəti düzgün qiymətləndirməsi məhz elə bir reallıq idi ki, bu yeni siyasi baxış milli müstəqiliyə gedən yolun qarantı ola bilərdi. Bu gün müasir dövrdə Azərbaycanın qarşı-qarşıya qaldığı təhdidlər tarixi keçimşdə mövcud olan risklər nəzərə alındıqda həmin hadsisələrlə paralellik təşkil edir. Məhz bu konteksdə Azərbaycanın milli müstəqilliyinə qısa tarixi ekuskursiya və həmin dövrdə xarici və daxli siyasətdə həyata keçirilən tarixi reformlar göz önündə tutulduqda, bütün bunlar bu gündə öz əhəmiyyətini qoruyub saxlamqdadaır. Prezident İlham Əliyevin rəhbərliyi altında ikinci respublikanın daxli və xarici siyasəti öz ideoloji və siyasi kodlarına sadiq qalaraq davam etdirilir. Lakin prinsipal xarici və daxli siyasət keçmişdə olduğu kimi bu gündə müəyyən çevələr tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycanın müstəqillik tarixinə,siyasi və geosiyasi planda qısa bir baxış, həmin dövrün geosiyasi riskləri və ümumilikdə problemlər kateqoriyası nəzərə alındıqda faktlar daha aydın formada təzahür edir.
XX əsrin sonlarına doğru dünya səviyyəsində gedən proseslər öz təsir dinamikasına görə olduqça aktiv və idarəolunması mümkün olmayan dramatik proseslərə assosasiya olunurdu. Qlobal səviyədə gedən proseslərin siyasi qərarları üstələdiyi bir dövrdə, xüsusilə SSRİ -in süqutu ilə paralel qlobal siyasətdə baş verən dəyişikliklər dünya siyasətində kataklizimləri meydana çıxardı. Dünyanın gələcəyi ilə bağlı nikbin proqnozlarla paralel amerikan–rus münasibətlərinin gələcəyi fonunda aktiv hərbi toqquşma ssenariləri belə gündəmə gəlirdi. Xüsusilə post sovet məkanında baş verən proseslər və postsovet məkanının yeni geosiyasi şərtlərə adaptasiyası məsələləri aktuallq kəsb edirdi. Yeni müstəqillik əldə etmiş respublikalarada gedən ictimai,siyasi proseslər, millətçlik elmentlərinin çoxalması, mili və dini zəmində qarşıdurmalar artmaqda idi. Belə bir məqamda faktiki olaraq Cənubi Qafqaz başda olmaqla Orta Asiya və Şərqi Avropada etnik münaqişələr transformasiya olunaraq daha təhlükəli vəziyyət yaratmışdır. Bütün bunlarla bərabər rusiyanın yeni geosiyasi vəziyyətə adaptasiyası ilə bağlı irəli sürülən konsepsiyalar bir çox halda öz məntiqi nəticəsini doğurmurdu.
Belə bir şəraitdə Avrasiyanın geosiyasi plasdarımında köhnə dünyanın vərdişlərinin inkar olunduğu geosiyasi mühitdə bütün tərəflər qeyri müəyyən vəziyyətdə öz mövqelərinin interpertasiyası ilə məşğul olanda paralel müstəvidə gələcəklə bağlı milli qorxu hissinin yaratdığı panika siyasi baxışlara təsir etməkdə idi. Doğru qərarların verilməsi məsələsi artıq ciddi problem idi,hətta dünyanın ən inkişaf etmiş ölkəsinin siyasi rəhbərliyi belə qeyri müəyyənlik içində idi. Konkret olaraq Amerikan prezidenti Corc Buş Ukrayniya səfəri zamanı kütlələrin qarşısında çıxış edərkən qeyri–ixtiyarı olaraq Ukraniyada baş verən prosesləri,mili müstəqillik arzularını, SSRİ-in daxili işi adlandırmışdı. Digər tərəfdən Avropa İttifaqının gələcəyi ilə bağlı dəqiq planlar olsada perspektivin modeli tam müəyyən deyildi. Zibiqnev Bjeziniskinin dediyi kimi SSRİ-in süqutu ilə bir zamanlar onun hakim olduğu ərazilərdə qara dəlik yaranmışdı. Sanki Avrasiyanın mərkəzi və Cənub Şərq hissəsi yerin dibinə batmışdır.
SSRİ -in süqutu prosesi öz nəhəngliyinə görə dünyanın ən böyük sonuncu imperiyasının sürətlə dağılması planında qeyri adi hadisə idi. Qeyri adilik SSRİ-in dağılması yox,məhz sürətlə dağılması idi. Faktiki olaraq SSRİ tarixin qıssa bir zaman kəsiyində qeyb olmuşdur və gələcəyin formalaşdırılması planında ondan ayrılmış mili dövlətlər yeni dünyanın siyasi və geosiyasi şərtlərinə adaptasiya olmağın yollarını axtarirdı.Paralel müstəvidə postsovet ərazilərində yenindən imperiyanı bərpa etməyə çalışan postkoministlər inadkar görsənirdi. Məhz dünya siyətində baş verən bu mürəkkəb proseslər fonunda yeni müstəqiliyini əldə etmiş dövlətlərin daxilində baş verən prosesləri düzgün qiymətləndirmək isə olduqca çətin idi. Çünki bu respublikalara yardım etmək zərurətdi və bir çox halda bu prosesi qərb ritorikası ilə paralel (liberal demokratiya, humanizm, və s kimi) regionun geosiyasi vəziyyətini nəzərə almaqla həyata keçirmək olardı.
Məhz Azərbaycanın milli müstəqiliyinə gedən yol yuxarıda qeyd olunan qlobal geosiyasi proseslərə intelektual reaksiya fonunda həyati əhəmiyyət daşıyırdı və müvafiq olaraq daxili siyasi proseslərlə paralel regional proseslərin təsir aspekti düzgün müəyyən olunmalı idi. Xarici siyasət daha çox daxili siyasi proseslərdən asılı olaraq formalaşa bilərdi ki həmin dövr Azərbaycandakı içtimai siyasi vəziyyət nəzərə alındıqda bu olduqa çətin misiya idi. Məhz belə bir dövrdə tarixi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyətə qayıdışı son nəticdə fundamental problemlərə münasibətdə köklü islahatları siyasətin predmetinə çevirdi. Radikal reformlar hesabına bütün sahələr üzrə yenidənqurma siyasəti geniş vüsət aldı. Mili dövlət konseptinin Azərbaycan modeli, prioritetləri müəyyənləşdirildi. Xüsusilə Azərbaycanın dövlət müstəqilliyini təhdid edən potensial risklər nəzarətə götürüldü və ölkənin inkişafı üçün dövlət siyasəti tam şəkildə müəyyən edildi.
Çoxəsirlik dövlətçilik ənənələrinə malik olan və müasir dövrdə də müstəqil siyasi sübyekt kimi regional və beynəlxalq siyasətdə aktif fəaliyyət göstərən Azərbaycan Respublikası tarixi şərait baxımından özünün ən güclü dövrünü yaşayır. Müasir Azərbaycan dövləti çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək güclü dövlət konsepti-prinsipi çərçivəsində mili müstəqiliyinin qarantı olan, iqtisadi,siyasi və hərbi-strateji planda dünyanın ən inkişaf etmiş dövlətlərinin həyata keçirdiyi siyasi konsepsiyalara müraciət edir. Demokratik hüquqi dövlət quruculuğu prosesilə paralel,dayanıqlı mili iqtisadi sistemilə, hərbi-strateji planda texnolioji üstünlüyə istinad edən gənc respublikanın inkişaf tempi bu gün bütün dünya dövlətləri tərəfindən heyranlıqla izlənlilir. İqtisadi və siyasi sabitliyin, mili birliyin və dəqiq geosiyasi hədəflərin işığında müsair Azərbaycan dövləti qaraşıya çıxan bütün problemlərin öhdəsindən gəlmək qüdrətinə malikdir.
Azərbaycanın iqtisadi və siyasi inkişafı onun potensialının nəinki şişirdir eyni zamanda qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi planında proqressiv inkişaf konsepsiyasını şərtləndirir.Beləliklə Azərbaycan tarixi şərait baxımından digər ölkələrin 50 ilə keçdiyi yolu əsrin üçdə biri qədər az vaxta qəıt edə bilmişdir. Nəticədə güclü dövlət konseptinin Azərbaycan modeli nümünəvi və öz qurucu misiyasına görə konseptual və praqmatik sistem təsəvvur bağışlayır. Bu səbəbdən bu sistem unikal və öz xarakteinə görə rasional realizm konsepsiyasına uyğun modeldir. Lakin bu reallıq heçdə təsadüfu xarakter daşımır. Güclü dövlət konsepti dayanıqlı inkişafın və dəqiq planlara istinad edən düşünülmüş siyasətin məhsuludur.Ümumiyyətlə Azərbaycanın müstəqlliyi ilə onun qorunub saxlanılması prosesi tamamilə fərqli aspektləri meydana çıxardır. Tarixi şərati düzgün qiymətləndirmək bacaracagının yoxluğu nəticəsində Azərbaycanın milli müstəqlliyi de fakto təhlükə qarşısında idi. Müstəqilliyini ilk illərindən başlayaraq qarşıya çıxan çəıtinliklər tale yüklü məsələlərə siyasi rəhbərliyin qeyr-peşəkar münasibəti, ölkədə və regionda gedən prosseslərə intelektual reaksiya verə bilməməsi və geosiyasi şərtlərin təsiri aspekti nəzərə alındıqda gənc respublika üçün təhlükəli vəziyyət yaranmışdır. Xüsusilə geosiyasi vəziyyətin düzgün qiymətləndirilməməsi şəaritində xarici siyasətdə perspektivsizlik reallıq idi.
Paralel müstəvidə xarici siyasət kompleks şəkildə ideoloji prinsiplər nəzərə alınaraq formalaşdırılırdlı ki, bu da öz növbəsində Azərbaycanın mili müstəqiliyinə beynəlxalq dəstəyi zəiflədirdi. Dünyada sonuncu imperiya kimi xarakterizə olunan SSRİ -in süqutu nəinki mili dövlət konseptinin prinsiplərini müəyyən etməyə imkan verirdi, bu tarixi fürsəti düzgün qiymətləndirilməməsinin nəticəsində Azərbaycan yenidən Rusiyanın təsir dairəsinə qayıda bilərdi. Faktiki olaraq Kremlidə bu strategiyanın həyata keçirilməsi üçün ciddi iş aparılırdı. Azərbayacan müstəqilliyinin qarantı olan xalqla onun siyasi taleyinə əhəmiyyətsiz yanaşan siyasəçilərin mübarizə apardıgı bir ölkəyə çevirilmişdi. Belə bir şəraitdə Azərbaycan xalqının böyük oğlu,mili lider Heydər Əliyev AXC hakimiyyəti tərəfindən siyasi mərkəzə, Bakıya dəvət olundu. Şübhəsiz təcrübəli siyasətçi Heydər Əliyev Azərbaycanı bu ağır vəziyyətdən qurtara biləcək yeganə şəxsiyyət kimi qəbul olunurdu. Bütün bunların fonunda Azərbaycanda həyatın müxtəlif istiqamətlərində radikal reformaların həyata keçirilməsi prosesi geniş vüsət aldı.
İqtisadi inkişaf elə bir strategiya idi ki, o, həm daxli siyasi sabitliyi və eyni zamanda dövlətin ümumi inkişafını potensiallaşdıra bilərdi. Paralel müstəvidə iqtisadi inkişaf strategiyasının təsiri aspektində geosiyasi üstünlük əldə etmək mümkün idi. Bu konteksdə ilk öncə iqtisadi islahatlar prinsipal şəkildə davam etdirilrdi. Paralel müstəvidə Azərbaycan özünün enerji siyasətini beynəlxalq səviyyədə qlobal geosiyasi və iqtisadi proseslərin təsir aspektini nəzərə alaraq formalaşdırırdı. Enerji siyasətinin prinsiplərini müəyyən etmək üçün ilk öncə geosiyasi təhlükəsizlik və regional əməkdaşlıq siyasəti prioritet hesab edilən sahələr kimi işlənilib hazırlandı. Paralel müstəvidə dövlət siyasətinin prioritetlərinə uyğun olaraq rəsmi Bakının həyata keçirməyi planlaşdırdıgı enerji siyasəti ABŞ və Aİ -ın maraqlarına uyğun idi. Orta Asiya respublilkalarının geoiqtisadi və geosiyasi transformasiyası üçün konseptual xarakter daşıyan bu siyasət geniş planda Rusiyanın geosiyasi inteqrasiyası üçün də stumullaşdırıcı faktordu.
Nəticədə Avro-Atlantik strukturlarla sıx əməkdaşlıq şəraitində Azərbaycan özünün iqtisadsi və siyasi maraqlarını əsas götürərək milli neft strategiyasını prioritet seçdi. Daxli qaydada bu siyasət iqtisadi müstəqillikdən geosiyasi aktora doğru mili dövlətin konseptual strateji davarnışını ortaya qoyur və iqtisadi müstəqilliklə geosiyasi uğur arasında incə məqamları uzlaşdırır. Biz bu siyasəti eyni zamanda harmonik inkişaf konsepsiyası kimi xarakterizə edirik. Bu siyasət elə bir geosiyasi üstünlülk kompleksini meydana çıxarmışdlır ki, artıq həm BMS həm də regional səviyyədə Azərbaycanın milli dövlət maraqları və onun geosiyasi əhəmiyyəti bütün tərəflərcə nəzərə alınırdı. İlk öncə ehtiraf etmək lazımdır ki, bu siyasət bir sıra mühüm qərarların, radikal reformların həyata keçirilməsi fonunda həyat qabilliyətli olmuşdur. Birincisi geosiyasi təhlükəsizlik bir çox halda Azərbaycanın fəaliyyətindən və ya fəaliyyətsizliyindən asılı deyildir. Bütün bunlar paralel müstəvidə qlobal geosiyasi proseslərin təsiri aspekti nəzərə alındıqda, tranatlantik və transavrasiya geostrategiyası fonunda, ABŞ -Rusiya münasibətlərinin qarşılıqlı təzahürü idi.
Bütün bunlarala bərabər Azərbayacan regionun təhlükəsizliyi fonunda,İntensiv olaraq regionala dövlətlərlə çoxtərəfli qarşlıqlı etimada söykənən münasibətlər sisteminin formalaşdırmaq yoluyla, (xüsusilə bu siyasət Azərbaycanın süveren hüquqlarına hörmət fonunda həyata keçirilirdi) unikal balans strategiyasının prinsiplərinə uyğun olaraq strateji komponentlər düzgün və ardıcıl formada tətbiq edə bilməliydi. Beləliklə iqtisadi müstəqillikdən geosiyasi aktora doğru addımlayarkən milli dövlət bir neçə mühüm komponenti nəzərə almalı olımuşdur. (1) Regional dövlətlərin ümumi maraqlarının nəzərə alınması, həm qarşılıqlı münasibətlərin funksionallığı həm də regionun geosiyasi və geoiqtisadi parametrləri konteksində, kompleks şəkildə geosiyasi tranasformasiyaya və yaxud ümumi təhlükəsizliyin konsolidasiyasına zəmanət verə bilərdi. (2) Beynəlxalq siyasi vəziyyətin düzgün qiymətləndirilməsi fonunda çoxqütblü sistemin konfiqurasiya unikal balans siyasəti üçün metodoloji və praktiki baxımdan adevkat olmaıl idi. Yəni xarici siyasət beynəlxalq siyasi sistemin nəzəri –fundamental-praktiki-funksional xüsusiyyətini dərk edə bilməliydi.(3) Xarici siyasət regional səviyyədən beynəlxalq sistemə doğru inteqrasiya xarakterli olmalı idi və onun ümumi məqsədi beynəlxalq sistemin prinsiplərilə regional sistem arasında kombinasiya yaratmaqdan ibarət olmalı idi. Beləliklə iqtisadai inkişaf və onun təsir aspektində regional və beynəlxalq siyasət üçün əhəmiyyətli komplikasiyonları dövlət maraqlarılnın təşkili konteksində səfərbər etmək xarici siyasət üçün prioritet təşkil edirdi.
Azərbaycanın müraciət etdiyi regional inteqrasiya formulu, (iqtisadi,siyasi, və mədəni kulturoloji planda) geosiyasi təhlükəsizliyə zəmanət verə bilərdi. Bunun üçün ilk öncə ölkənin iqtisadi immunitetini formalaşdırmaq qarşıya prioritet məqsəd olaraq qoyulmuşdur.Ölkənin ümumi iqtisadi inkişaf göstəriciləri regional inteqrasiya üçün stimullaşdırıcı xarakter daşıyanda,artıq məlum oldu ki, bu siyasət uzaq perspektivdə daha böyük nəticələrə səbəb olacaq. İqtisadi inkişafın Azərbaycan modeli bir neçə istiqamətdə aparılırdı. İlk öncə özələşdirmə siyasəti geniş vüsət aldı. Sahibakrlığın inkişafı və özəl mülkiyyətin toxunulmazlığı ilə bağlı hüquqi-prosedur mexanizimlər, qanunvericilk bazası yaradıldı. Proses təkminləşdirilərək davam etdirildri. Bu gündə bu proses davam etdirilir. Paralel müstəvidə ölkənin milli iqtisadi inkişaf strategiyasına uyğun olaraq xarici sərmayənin təşviqi prossesinə starat verildi.
Bu olduqca mürəkkəb proses idi. Xarici sərmayənin dəstəklənməsi prosesi içtimai-siyasi və ümumən geosiyasi proseslər nəzərə alındıqda müəyyən mənada riskli hesab olunurdu. Xüsusilə qeyri-neft sektorunda bu proses daha qabarıq şəkildə özünü göstərirdi. Lakin düşünülmuş siyasət nəticəsində içtimai-siyasi sabitliklə paralel regional təhlükəsizliyin təşkili prosesində rəsmi Bakı prinsipal siyasət yürüdürdü və böyük ehtimalla bu prinsipiallıq region xarici qüvvələr tərəfindən dəstəklənirdi. Çünki Azərbaycanda həyata keçirilən tarixi reformlar paralel müstəvidə regional səviyyədə həyata keçirilən siyasətlə parallelik təşkil edirdi. Xüsusilə 1994-cü il Azərbaycan-Ermənistan arasında bağlnamış sülh sazişi geostrateji planda perspektivin modelini, onun əsas determinantını müəyyən etdi. Beləliklə iqtisadi inkişaf kompleks şəkildə böyük strategiyanın, inkişafın Azərbaycan modelinin əsas determinatı idi. Lakin iqtisadi inkişafla paralel siyasi və təhlükəsizlik sahəsində problemlər qalmaqda idi.
Xüsusilə 1995-ci ildən 2000 -ci ilə qədər olan dövr dünya siyasətində yeni tendensiyaların, çoxqütblü sistemdə formasiya prosesi ilə xarakterizə olunurdu ki, bu zaman bir çox aspektdə həm regional həm də beynəlxalq səviyyədə praqmatik siyasət həyata keçirmək çox çətin məsələ idi. Bütün bunlarala paralel iqtisadi inkişaf strategiyasını və onun Azərbaycan modelini təşkil etmək üçün regiona xas fundamental problemlərə intelektual reaksiya tələb olunurdu. İntensiv olaraq region (paralel müstəvidə beynəlxalq səviyədə) etnik separatizmin, dini və mili zəmində tarixi sosialoji kodları olan konfliktlərin məkanı idi və belə bir mürəkkəb regionda dayanıqlı iqtisadi inkişafı təmin etmək çətin prosses idi. İkincisi isə dünyanın iki süper dövlətinin qarşılıqlı maraqaları fonunda unikal balans formulu üçün sistemin elmentlərini, struktur-elment problemi fonunda inteqrasiya etmək fövqəladə çətin missiya idi.
Beləliklə üç istiqamətdə gərgin əmək tələb olunurdu. Birincisi içtimai siyasi sabitlik təşkili fonunda dövlət quruculuğu prosesilə paralel iqtisadi inkişaf strategiyası ardıcıl şəkildə aparılmalı idi. İkincisi geosiyasi və beynəlxalq səviyyədə gedən proseslər düzgün təhlil edilməli idi. Üçüncüsü isə gələcəyin perspektivini formalaşdıran digər resurslar, təhsil, elim, siyasi və hüquqi reformlar və s, konseptuallıq kəsb etməli idi. Beləliklə konkret faktlar qismində Azərbaycanın iqtisadi-siyasi inkişaf modelinin əsas prinsiplərini,kontrlarını regional və beynəlxalq siyasətə dair konseptual xarakterli proqramları, onların həyata keçirilmə mexanızimlərinin və s. təhlili fonunda tarixi keçmişə qısa ekskursiya etməklə bu siyasətin nə dərəcədə önəmli olduğunu sübut edə bilərik.
Qlobal geosiyasi hadisələrin,təsiri altında mili dövlət quruculuğu prosesi mühüm geostrateji və geosiyasi kataklizimləri,beynəlxalq siyasi vəziyyəti və s fundamental-arxaik problemlərin nəzərə alınmasını tələb edir. Xüsusilə SSRİ-in süqutu ilə meydana çıxan mürəkkəb xaotik mərhələdə –yeni dünya sistemi kimi xarakterizə olunan beynəlxalq siyasi münasibətlər sisteminin anorxik realıqları konteksində-milli müstəqilliyi əldə etmək və qorumq olduqca çətin proses idi. Paralel müstəvidə beynəlxalq təşkilatların strukturunda aprılan islahatlar bir çox halda qarşıya qoyulan məqsədin həyata keçirilməsi planında effektiv, demokratik nəticəni hasil edə bilmirdi. Dünyanın güclü dövlətlərinin geosiyasi maraqları fonunda beynəlxalq sistem qeyri müəyyən olsada ümumi planda iki qütblü sistemin dağılması şəraitində ümidlər qalmaqda idi. Bu köhnə və yeni sistemin kombinasiyası qlobal demokratiya ideologiyasının mənəvi potensiualını əhəmiyyətsizləşdirsədə bir sıra halarda perspektiv mövcud idi. Praktiki addımların atılması şəraitində bir çox halda demokratiya iqtisadi və siyasi strategiya kimi tətbiq olunurdu. Lakin bütün bunlara baxmayaraq kiçik dövlətlərin maraqlarının nəzərə alınmadığı qlobal geostrtareji plasdarımda Anglo-Amerikan mənşəli bu arxaik sistem həyat qabliyyətlilik təsəvvürü bağışlayırdı. Beləliklə XXI ci əsrin əvvələrindən başalayaraq bu yeni geosiyasi sistemə keçid zamanı beynəlxalq təşkilatlarda mənəvi böhran höküm sürürdü və faktiki olaraq qeyri müəyyənlik kütlələrə xas olan xüsusiyyətdir ritorikası artıq böyük dövlətlərin xarici siyasətilə assosasiya olunurdu. Bütün bunlarla bərabər qlobal geosiyasi prposseslərin təsiri altında beynəlxalaq sistemin instititları arasında nəzəri debatlar proaktif mərhələyə keçmişdir.Əsasən realizm və liberalizm arasında yeni dünyanın ideoloji konseptuallaığı üzərində fərqli mənalara söykənən baxışlar diskruminasiyaya yol açırdı. Bu isə yeni müstəqilliyini əldə etmiş dövlətlər üçün yeni təcrü bədən daha çox qərbin eksperimentləri fonunda daha cəzbedici idi. Təbii ki, bu eksperimentlər bir sıra hallarda təhlükəli ictimai-siyasi proseslər kimi meydana çıxırdı.
Bütün bunlar üçüncü minilliyin qlobal geosiyasi proseslərilə xarakterizə olunan reallıqlardır. Neoliberalizm,realizm və s, kimi paradiqmaların beynəlxalq sistemə dair nəzəri debatları bir çox halda ideoloji disharmoniyaya yol açmaqdadır. Məhz yuxarıda qeyd olunan amillərin hər biri daxili qaydada sosial-iqtisadi parametrləri transformasiya edir və bu proses beynəlxalq iqtisadi və siyasi proseslərə inyeksiya fonunda özünü göstərir.Belə bir şəraitdə Azərbaycanın beynəlxalq siyasi münasibətlər sisteminə tranasformasiyası paralel müstəvidə qeyd olunan problemlər kateqoriyasını da nəzərə alamağı tələb edir. Xüsusilə liberal demokratiya və insan haqlarına münasibətdə güclü dövlətlərin yürütdüyü siyasət bir çox halda təzyiq vasitəsi kimi funksiya daşıyır. İqtisadi müstəqillik və mili iqtisadi hədəflər müəyyən edib güclü dövlət konseptinin prioritetini müəyyən etmək isə digər bir problemdi. Çünki inkişaf etmiş kapitalist sənaye dövlətləri kapituliyasiya siyasəti ilə özünün iqtisadi inkişaf dövrünü yaşayan dövlətlərə iqtisadi islahatlar aparmağa imkan vermir.
Bir çox halada mal və xidmətlərin, gömrük kvotalarının və büdcə islahatlarının aparılması prosesində kiçik dövlətlərin siyasətinə müdaxilə tendensiyaları müşahidə olunur ki, bütün bunlar modern imperlaizmin təsir metodları kimi özünü göstərir. SSRİ-in dağılması ilə ortaya çıxan yeni geosiyasi vəziyyət həm regional həm də beynəlxalq sistemdə dərin böhran yaratdığı halda, dünya bu böhranı qlobal səviyyədə müharibə olmadan həll edə bilmişdir. İmperiyanın periferiyasında onun taraixi rəqibləri geosiyasi qalibiyyət əldə etdiyi halda post imperiyanın ərazlilərində yeni sosial iqtisadi şərtlər və aktiv sferada fəaliyyətə keçən etnik identifikasiya prosesləri dramatik vəziyyət yaratamaqdadır. Proses bu gün çoxqütblü sistemdə davam edir. Dramatik reallıq fikirimizcə bu faktor olmalıdır. Maraqlısı odur ki, bu gündə postsovet məkanında öz mili müstəqillikləri yollunda inamla addımlayan respublikalar eyni təhlükə ilə üz üzə dayanmışdır. Cənubi Qafqaza başda olamaqla, Balakanlarda və Orta Asiyada proseslər öz xarakrtereinə gpörə daha daramatik realıqlarla assosasiya olunur. Məhz dünyanın bu yeni geosiyasi palasdarımında, Cənubi Qafqazada gedən proseslər öz dagıdıcı funksiyasına görə potensial riksk faktorları nəzərə alındıqda daha əhəmiyyətlidir.
Göründüyü kimi,Azərabayacanın mili müstəqliyinə gedən yol və ondan sonrakı mərhələdə dövlət müstəqiliyinin qorunub saxalanılması prosesi bu konteksdə çətin sınaq təşkil edir. Lakin milli siyasət ölkənin gələcək siyasi taleyinə münasibətdə prinsipal faktorları nəzər ə alır. Və bu fakt gələcək perspektivi önə çıxardır. Azərbaycan dövlətinin xarici siyasət strategiyası ölkənin iqtisadi immunitetinin gücləndirilməsi fonunda konseptual xarakterlidir. Bu çərçivədə ölkənin iqtisadi inkişafı ilə paralel xarici siyasət vahid məqsədə xidmət edir. Xarici siyasət elə bir geosiyasi dilemanı meydana çıxarmışdır ki, bu dilemanı yalnız regionun və onunla paralel qərb dövlətlərinin ümumi iqtisadi- enerji maraqları ilə konsolidasiya edərək formalaşdırmaqla aşmaq mümkündür. Hansı ki, biz keçən əsrin sonlarında da bu prinsipləri rəhbər tutaraq mili dövlət siyasətinin prioritetləri müəyyən edilmişdir. Tarixi keçimiş və siyasi proseslər bizə Azərbaycanın milli müstəqilliyinin ilk dövrlərində dövlət siyasətinin həyata keçirilməsilə bağlı dəqiq informasiyalar verir. Bu konteksdə Mili Lider Heydər Əliyevin düşünülmüş xarici və daxli siyasəti fövqəladə önəmli reallıqları gün üzünə çıxardır. Beləliklə mili lider Heydər Əliyev üç əsas istiqamətdə dövlət quruculuğu prossesini prioritet olaraq müəyyən etmişdir.
1). Milliİqtisadai İnkişaf konsepsiyasının prinsiplərinə uyğun olaraq partnyorlararası iqtisadi münasibətlərdə makro səviyyədə mili maraq kompleksi siyasətin prioriteti hesab olunurdu. (2) Dövlət quruculuğu prosesində ölkənin daxili siyasi sisteminə təsir yolları axtaran bütün tərəflərə adekvat radikal və prinsipal mövqe nümayiş etdrilmişdir. Azərbaycan müstəqil dövlət obrazı simvolik olaraq 1993-1998– ci illərdə baş verən prosseslərə reaksiya fonunda öz təsdiqini tapanda,artıq subut olundu ki, o, eyni zamanda güclü dövlət konseptinin əsas prinsiplərini həyata keçirə bilmişdir.(3) Azərbaycan xarici siyasət strategiyasını formalaşdırarakən makro səviyyədə balans siyasəti həyata keçirdiyi halda maksimum səviyyədə milli maraq komponentlərini,yəni iqtisadi,siyasi və ideoloji elmentlərin daxili qaydada harmoniyasını,regional və beynəlxalq sistemə inteqrasiya edə bilmişdir. Yəni dövlət quruculuğu prossesində güclü dövlət konseptinin Azərbaycan modeli uğurla konsepsiyalaşdırılmışdır.
İqtisadi əlaqələrin genişliyi və qərb dövlətlərinin Azərbaycana qoyduğu iri həcimli kapital nəticədə ölkənin iqtisadi inkişafı ilə paralel onun siyasi sistemində demokratiya və plurulaizm elmentlərini gücləndirmiş içtimai münasibətlərdə keyfiyyət dəyişikliyi baş vermişdir. Nəzərə almaq lazımdır ki, iqtisadi inkişafın Azərbaycan modeli Avro-Atlantik strukturlara sıx əməkdaşlıq şəraitində elə bir geoiqtisadi palatformada təşəkkül tapmışdır ki, bu iqtisadi platformada təkcə Azərbaycan deyil region dövlətlərilə paralel, ABŞ və Qərbi Avropa dövlətlərinin də maraqları nəzərə alınırdı. Azərbaycanın geosiyasi əhəmiyəti eyni zamanda onun fiziki imkanlarını da fokuslaşdırmaqda idi. Orta Asiya ilə Avropa arasında iqtisadi bufer dövlət funksiyasını həyata keçirdən ölkə kimi Azərbaycanı daha çox iqtisadi tranasformasiyaların qovuşduğu məkan kimi xarakterizə etmək olar.
Dövlət quruculuğu prosesində iqtisadi faktorlarla paralel içtimai siyasi sabitlik, bürokratik strukturda aparılan islahtalar, (xususilə mili kadar siyasəti fonunda radikal reformlar) və demokratik hüquqi dövlət quruculuğu prosesində prinsipal siyasət elə bir sistemi transformasiya edirdi ki, bu müsair Azərbaycan dövlətçiliyi üçün ilk təcrübə idi. Xüsusilə regional dövlətlərin daxili siyasətə təsir yolları axtarması və bəzən buna nail olması mürəkkəb vəziyyət yaratmaqda idi. Lakin milli lider Heydər Əliyevin prinsipal və radikal mövqeyi,Azərbaycanın müstəqiliyi, dönməzdir, əbədidir ideyasaı (bu müəyyən mənada milli ideologiya idi) mövqenin interpertasiyası baxımından olduqca önəmli olmuşdur. Nəticədə bütün bu kənar təsirlər inkar olunmuş onları yaradan səbəblər müəyyən edilərək profilaktiv tədbirlər həyata keçirilmişdir. Avro-Atalantik strukturlara inteqrasiya fonunda öz iqtisadi və siyasi sistemini liberallaşdıran Azərbaycan dövlətçiliyi üçün, iqtisadi müstəqillikdən geosiyasi aktora doğru dəqiq və prinsipal strategiya həyat qabliyyətli sistemə transformasiya olunurdu. Bütün bu faktorlar belə bir realığı meydana çıxarırdı. Azərbaycanın inkişafı təsadüfü xarakter daşımırdı. O dəqiq və düşünülmüş siyasətin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
Xüsusilə iqtisadi müstəqllikdən geosiyasi akatora doğru addımlayarkən Azərbaycanın xarici siyasəti çoxvektorluqdan çoxfunksiyallığa keçid fonunda unikal transformasiyanı uğurla başa vurmuşdur. Xarici siyasətin iki mühüm aspekti daxli qaydada unikal kombinasiyanı, iqtisadi parametrlərlə geosiyasi dinamiklər arasında koordinasiya və konsolidasiyanı gələcəyin perspektivini formalaşdırarkən nəzərə almış, paralel müstəvidə taraixi keçmişin acı təcrübələrindən dərs çıxarmışdır. Ümumiyyətlə regionun geosiyasi mənzərəsi onun geoqtisadi mənzərəsinə adekvat deyil. Faktiki olaraq regionda geosiyasi proseslərin təsir aspekti,dinamikası və öz funksiyasına görə dağıdıcı elmentlərlə əhatələnmiş proseslər daha aktiv fazadadır.Lakin Azərbaycan geoqitisadi parametrlərin geosiyasi konsolidasiyanı möhkəmləndirərkən, təkcə özünün milli maraqlarını deyil, eyni zamanda müəyən olunmuş siyasi xəttin interaktivliyini formalaşdırmaq üçün istifadə edə bilmişdir. Avro-Atlantik strukturlara inteqrasiya fonunda iqtisadi parametrlərə beynəlxalq səviyyədə dəstək aftomatik olaraq geosiyasi proseslərə reaksiya fonunda özünü göstərmişdir.Nəticədə Azərbaycan iqtisadi müstəqllikdən geosiyasi akatora doğru hərəkət edərkən iqtisadiyatın kölgəsində özünün geosiyasi maraqlarını təmin edə bilmişdir. Bu mükəmməl kombinasiya güclü dövlət modelinin intelektual potensialını nümayiş etdirir. Beləliklə Azərbaycan xaricı siyasətində çoxvektorluqdan çoxfunksiyalılıgın unikal kombinasiyasını aşağıdakı kimi xarakterizə etmək olar.
(1)Xarici siyasətdə çoxvektorlluluq hələ çoxfunksiyalı sistemə inteqrasiya olmaq demək deyil. Çoxfunksiyalılıq aktiv siyasi proseslərin interaktiv formasıdır. Bu konteksdə Azərbaycnın xarici siyasətində çoxvektorluqdan çoxfunksiyalılığa keçid daxili qaydada və beynəlxalq səviyədə elə bir sistemin, inteqrasiya formul-modelini meydana çıxardır ki, burda dövlət makro səviyyədə aktor, mikro səviyədə isə strukturun elmenti kimi çıxış edir. Yəni dövlət öz mili maraqlarını regional və beynəlxalq səviyyədə təşkil edərkən interaktiv sistemdə fəaliyyət göstərir. Nəticədə o, təkcə sistemin elmenti funksiyasını deyil həm də onun mexanizmini təşkil edən sübyekt kimi çıxış edir.(2)Azərbaycanın xarici siyasəti iqtisadi resursların regional transformasiyasını təşkil etmək planında funksional sistem təsəvvürü bağışlayır. Yəni bu onun funksiyasıdır. Azərbaycanın regional səviyyədə belə bir funksiyası geosiyasi plasdarımda ona əlavə dividentlər verir. Xüsusilə regionun geosiyasi mənzərəsində makro səviyyədə təhlükəsizliyin təşkili prosesində Azərbaycının səmimi liderliyi onun potensialı ilə disharmoniya təşkil etmir. Bu isə xarici siyasətin çoxvektorluqdan çoxfunksiyalılığa keçidi üçün digər bir paramterdir.(3) Azərbaycın xarici siyasət strategiyası iqtisadi transformasiyanın geosiyasi modelilə paralel periferik mahiyyət daşıyır. Yəni Avropanın enerji təhlükəsizliyi fonunda bu siyasətilə aftomatik olaraq periferiyada geosiyasi status qazanır. Və yaxud geoqtisadi. Belə bir şəraitdə çoxvektorluqdan çoxfunksiyalılığa keçid paralel müstəvidə onun Avro-Atlantik strukturlara inteqrasiyasından daha çox, tranasformasiyasını şərtləndirir. Yəni inteqrasiya transformasiya ilə əvəzlənir. Bu isə müstəqli siyasi kurs üçün daha elastik modeli konsolidasiya edir.
Nəticədə yuxarıdakı mülahizələrdən belə bir nəticə hasil olur ki, Azərbaycanın xarici siyasəti regional və beynəlxalq sistemin fundamental problemlərinə intelektual reaksiya fonunda rasional realizm prinsipinə və yaxud düturuna adekvatdır. Bu siyasət milli lider Heydər Əliyevin müəyyən etdiyi, tarixin inkişaf planında güclü dövlət konseptinin Azərbaycan modelini tranasformasiya edir. Belə demək mümkündürsə fantasamaqoriya illuziyaya qarşı özünün tarixi siyasi rolunu düzgün dərk etmişdir.
Lakin hər dövrün öz geosiyasi,siyasi və ideoloji-fəlsəfi şərtləri var. Bu konteksdə Azərbaycanın daxili və xarici siyasət strategiyası öz milli kodlarına sadiq olsada onun həyata keçirilməsi prosesində konsepsiyaya zaman-zaman əlavələr edilməsi tarixi zərurət olmuşdur. Məhz bu konteksdə Azərbaycan prezidentinin şəxsi təşəbüsü ilə böyük geosiyasi əhəmiyyət daşıyan lahiyələr həyata keçirilmişdir. Prezidentin intelektualaşdırılaraq davam etdirdiyi xaraici və daxli siyasətdə mühüm prinsiplər məhz dövlət başçısının şəxsi təşəbüsü fonunda tarixin tələbinə uyğun olaraq həyata keçirilmişdir. Bu konteksdə müasir Azərbaycanın siyasi həyatında prezident İlham Əliyevin yürütdüyü daxli və xarici siyasətə daha geniş spektrdan baxmağa çalışacağıq.
Ardı var
