VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
31.10.2016 17:02 · gunaynovruz

Lotu Quli Lənkəranski müharibəsi: Daha bir nəfər “tac”landırıldı…

İstanbulda qətlə yetirilən azərbaycanlı “kriminal general” Rövşən Lənkəranskinin tərəfdarları öz mövqelərini itirməyə başlayıblar. “Qanuni oğru”nun nəzarət etdiyi sahələr adamlarının əlindən bir-bir alınır. Bundan əlavə, yerlərdə “vəziyyətə baxan” şəxslərin təyin olunması məsələsi də…

İstanbulda qətlə yetirilən azərbaycanlı “kriminal general” Rövşən Lənkəranskinin tərəfdarları öz mövqelərini itirməyə başlayıblar.
“Qanuni oğru”nun nəzarət etdiyi sahələr adamlarının əlindən bir-bir alınır. Bundan əlavə, yerlərdə “vəziyyətə baxan” şəxslərin təyin olunması məsələsi də artıq başqa klanın əlinə keçməkdədir.
Belə ki, Lənkəranskinin ən qatı düşməni hesab olunan Loti Quli Azərbaycanda təsir imkanlarını sürətlə artırmağa başlayıb. Son günlər mətbuat səhifələrində “qanuni oğru”yla bağlı daha çox müsbət xəbərlərin tirajlanması, vəkilinin çox kəskin açıqlamasının gündəmə hadisə kimi düşməsi də bu xəttin davamıdır. Məlumata görə, sözügedən şəxsin tərəfdarları Lənkəranskinin adamlarını sıxışdırmağa da start veriblər. Onlar “krallığını” daha da gücləndirməkdən ötrü “rütbəli” tərəfdarlarının sayını artırır, hətta nüfuzlu avtoritetlərin taclandırılması prosesinə başlanılıb.
Məsələn, dünən Bakıda Museib adlı avtoritetə “qanuni oğru” adı verilməsi bəyan edilib. Məlumatlı şəxsin sözlərinə görə bu proses davam edəcək, yəni Lotu Quli özünə sadiq adamları tacladıracaq və indiyə qədər Lənkəranskinin adamlarının nəzarət etdiyi sahələri onlara həvalə edəcək.
Xatırladaq ki, hazırda Qobustanda həbsdə olan Lotu Quli ilə öldürülən “qanuni oğru” Rövşən Lənkəranski arasında həmişə düşmənçilik hökm sürüb.