VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
12.03.2017 14:50 · gunaynovruz

Noutbukun ömrünü necə uzatmaq olar? – MƏSLƏHƏT

Bütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir. Turkustan.info-nun deyerler.org-a istinadən verdiyi məlumata görə, noutbuku düzgün söndürmək - əsas şərtlərdən biridir. Qeyri-düzgün, qəfil söndürmə noutbukun…
Bütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir.
Turkustan.info-nun deyerler.org-a istinadən verdiyi məlumata görə, noutbuku düzgün söndürmək – əsas şərtlərdən biridir. Qeyri-düzgün, qəfil söndürmə noutbukun sərt diskini zədələyə bilər.
Noutbuku təcili söndürmək lazım gəlibsə belə, növbəti qoşma zamanı əməliyyat sistemini yoxlanışa vermək məqsədəuyğundur. Bu sistem səhvləri aradan qaldırmağa və həm əməliyyat sisteminin (Windows-un), həm də kompyuterin sabit işləməsinə kömək edəcək.
Noutbuk daşınmadığı və daha çox stasionar kompyuter kimi istifadə olunduğu təqdirdə batareyanı tam yükləmək və daha sonra onu noutbukdan çıxarmaq lazımdır. Onu ayda bir dəfə noutbuka taxıb təkrar yükləmək kifayətdir. Bu, noutbuk batareyasının ömrünü uzatmağa kömək edəcək.
Noutbuku masanın və ya başqa sərt və hamar səthin üzərinə yerləşdirmək lazımdır. Bu havalandırma sisteminin normal işləməsini təmin edəcək və laptopun həddən artıq isinməsinin qarşısını alacaq. Ayrıca noutbuku səthin üzərində elə yerləşdirmək lazımdır ki, adapterin naqilinə və usb-portlara gələ digər naqillərə təsadüfi toxunma ehtimalı minimum olsun.
“Yuxu” rejimində olan noutbuku daşımaq məsləhət deyil. Bu, sərt diskin vaxtından tez sıradan çıxmasına gətirib çıxara bilər. Noutbuku bir yerdən başqa yerə daşımaq lazım gəldikdə ya onu “işi bitirmək”, ya da “hibernasiya” rejimlərində söndürmək lazımdır.
Zərurət olmadan işlək vəziyyətdə olan noutbukun qapağını örtmək də məsləhət deyil. Bunu müntəzəm etdikdə noutbukun şleyfi və ya ilmələri zədələnə bilər.
Noutbuku soyuq otağa gətirərkən ilk öncə 30 dəq gözləmək, otağın havasını aldıqdan sonra işə qoşmaq lazımdır.
Noutbukun ekranını işlək vəziyyətdə ikən təmizləmək olmaz. Bunun üçün laptopu söndürmək və adapteri şəbəkədən ayırmaq lazımdır. Ekranı silmək üçün xovsuz nəm parçadan istifadə edilməlidir. Təmizləyici mayeni ekranın üzərinə çiləmək olmaz. Oncə parçanı maye (adi su ilə də olar) isladıb ekranı silmək lazımdır. Bu məqsəd üçün nəmləndirici salfetlərdən də istifadə etmək olar.