VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
24.08.2018 15:54 · gunaynovruz

Merkel Azərbaycanın ərazi bütövlüyünü tanımır? – Kanslerin Tiflis bəyanatına şərh

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər “Avropa dövlətlərinin bu yanaşmasının əsası 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon sammitində qoyulub”.

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

“Avropa dövlətlərinin bu yanaşmasının əsası 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon sammitində qoyulub”.

Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz ölkələrinə səfərə çıxan Almaniya kansleri Angela Merkelin Tiflisdə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatında Azərbaycanın adını çəkməməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, 1996-cı ildə baş tutan ATƏT-in Lissabon sammitində qəbul edilən sənəd Avropa liderlərinə Qarabağ münaqişəsinə manipulyasiya etmək imkanı qazandırıb:
“Yadınıza salım ki, ATƏT-in bütün sənədlərində Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü məsələsində bir cümlə yer alırdı. Lissabon sammiti zamanı isə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü cümləsi qeyd edilən bəyannaməyə imza atmayacaq.

Avropa ölkələri onu nə qədər dilə tutsalar da, imza atmadı. Belə olanda ABŞ-ın vitse-prezidenti Al Qor və Rusiyanın baş naziri Viktor Çernomırdın məsələni Azərbaycanla müzakirə etdilər. Nəticədə ATƏT-in sənədlərində Moldova və Gürcüstanın ərazi bütövlüyü məsələsi qeyd edilsə də, Azərbaycanın adı oradan çıxarıldı.

Əvəzində həmin dövrdə ATƏT-in prezidenti funksiyasını icra edən İsveçrənin prezidenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir bəyanat səsləndi. Hansı ki, həmin bəyanatın hüquqi qüvvəsi sıfıra bərabərdir. Həmin andan başlayaraq ATƏT-in bütün sənədlərində Moldova, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi siyasi hədəf olaraq Avropa dövlətlərinin qarşısında dursa da, Azərbaycanın ərazi bütövlüyü məsələsi bu prosesdən kənarda qaldı.

Belə olan halda Avropa dövlətlərinin başçıları Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla bağlı bəhanə tapdılar. Bu səbəbdən də Qərb Dağlıq Qarabağ probleminə yanaşmada onun mübahisəli məsələ olduğunu və ilk öncə Ermənistanla Azərbaycanın öz aralarında həll etməsi gərəkdiyini bildirir. Həmçinin münaqişə tərəfləri hansı qərara gəlsələr, Avropa ölkələrinin də onu qəbul edəcəyini bəyan edirlər.

Rusiya isə hər iki dövləti öz təsirində saxlamaq üçün münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlıdır”.