“Ermənistan korrupsioner, millitarist rejimin əsarətindən çıxdıqca dünyaya, regional proseslərə daha aydın gözlə baxmağa başlayıb. Bu konteksdən dəyərləndirəndə Ermənistan vaxtı ilə bir ölkə olaraq strateji milli maraqlar baxımından çox böyük itkilərə imza atdığının fərqindədir”.
Turkustan.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Rüstəmli baş nazir Nikol Paşinyanın “Biz ölkə ərazisindən hansısa tranzit boru kəmərinin keçməsində maraqlıyıq” açıqlamasına münasibət bildirərkən söyləyib.
E.Rüstəmlinin sözlərinə görə, bu günki reallıqlar baxımdan Ermənistanın müəyyən üstünlükləri var: “Qarabağı və Azərbaycanın ona bitişik 7 rayonunu işğal altında saxlayır, Qərbdən və Rusiyadan xarici dəstəyi təmin edir, hakimiyyət dəyişikliyi ilə imcini yaxşılaşdırıb və s. Amma strateji baxımdan Ermənistan uduzduğu geopoltik mövqeləri uzun zaman bərpa edə bilməyəcək. Əvvala, regional enerji layihələrinin xəritələri çoxdan cızılıb, onun yenidən layihələndirilməsi nə regional, nə də beynəlxalq oyunçuların marağında deyil. Hətta İrəvanın tarixi müttəfiqi Rusiya üçün də Ermənistan hər hansı enerji layihələri üçün nə coğrafi, nə də geostrateji maraqlar baxımdan önəmli ölkə deyil. Ermənistan Rusiya üçün Türkiyə və Azərbaycanın sərhədində, özünün arxa bağçası saydığı Cənubi Qafqazda plastarm rolunu oynamaqda davam etməlidir. Təbii ki, bu rola görə vaxtaşırı, iqtisadi, siyasi və hərbi yardımlar kimi dividentlər vəd olunur. Qərb üçün də Ermənistanın strateji əhəmiyyəti erməni lobbisinin yaratdığı miflər və türk-müsəlman ittifaqının güclü təzyiqləri altında inləyən yazıq imicindən kənarda təsvir olunmur”.
Bəs perspektiv necə görünür? E.Rüstəmli hesab edir ki, qloballaşan dünyada milli münaqişələr, ərazi iddiaları getdikcə əhəmiyyətini itirir: “İşğal, məskunlaşma, ona beynəlxalq dəstəyin təmin olunması, müharibə rejimin saxlanmasına çəkilən böyük hərbi xərclər, əhalini müharibə ovqatında saxlamaq getdikcə çətinləşir. Müasir qlobal çağrışlarda bunlara yer yoxdur. Dünya başqa yoldadır, demokratik inkişaf, iqtisadi rifah, yeni texnologiyalayarın iqtisadiyyata, bznesə, gündəlik yaşama inteqrasiyası, bu konteksdə sürətlə dəyişən güdəm insanların gündəlik həyatının əsasını təşkil edir. Dünya müharibələrdən, qırğınlardan, dağıdıcı münaqişlərdən yorulub. Onun gündəmini yeni müharibə ocaqları ilə məşğul edib böyük naliyyətlər əldə etmək mümkün deyil. Paşinyan hökumətinin cəmiyyətdən gələn bu çağırışları dəyərləndirmək kimi niyyətləri ciddi tərəddüdlərlə müşaiyət olunsa da, var. İnkişafın, naliyyət əldə etməyin bir yolu var, Azərbaycana qarşı əsassız ərazi iddalarını kənara qoyub, cəmiyyətdən verilən dəstəyi qiymətləndirib inkişaf yoluna çıxmaq”.
Bunun alternativi nədir? Siyasi şərhçi deyir ki, Paşinyan hakimiyyətə Ermənistanı saran bu buxovları sındırmaq şüarı ilə gəlib. Ona verilən tarixi şansı necə dəyərləndirəcəyi Ermənistanın Azərbaycanın beynəlxaq səviyyədə tanınmış ərazilərinin işğalından ölkəsinə bir fayda olmayacağını nə qədər tez anlamasından asılıdır.
