Vətənim Media xəbər verir ki, Pakistanın şimalında sərnişin mikroavtobusunun çaya düşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 3 nəfər yaralanıb. “Associated Press” yerli polisə istinadən məlumat yayıb.
Mikroavtobus Qilqit şəhərindən Hundur kəndinə gedərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Yasin çayına düşüb. Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparıblar.
Əsas mənbə: APA
