Bu sayt bir kəsin deyil — Vətənimindir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bu sayt bir kəsin deyil — Vətənimindir

Vətənim.Media-nın redaksiya heyəti yoxdur. Onun yaradıcı heyəti də, kollektivi də xalqdır.

Bu sayt bir nəfərin, bir qrupun, bir çevrənin saytı deyil. Bu sayt Vətənimindir. Vətən necə hamımızındırsa, Vətənim.Media da özünü bu torpağa, bu dövlətə, bu xalqın yaddaşına və dəyərlərinə bağlı hiss edən hər kəsindir.

Burada “biz” və “siz” arasında sərhəd yoxdur. Çünki burada hər birimiz həm danışanıq, həm dinləyən; həm yazanıq, həm oxuyan; həm yaşayanıq, həm də yaşadığımızı gələcəyə ötürən.

Siz yaşayırsınız, yaradırsınız — Vətənim.Media təqdim edir.

Dövlətə və dövlətçiliyə sadiq olan, Vətənə və vətənpərvərliyə xidmət edən, milli-mənəvi dəyərlərimizi qoruyan, ailə dəyərlərinə hörmət edən, mədəniyyətimizə, tariximizə, dilimizə və yaddaşımıza sahib çıxan hər kəs Vətənim.Media-da öz sözünü deyə bilər.

Bir kəndin unudulan tarixini bilirsinizsə — yazın. Bir şəhidin, bir müəllimin, bir sənətkarın, bir zəhmət adamının hekayəsini yaşatmaq istəyirsinizsə — göndərin. Bölgənizdə diqqətə layiq bir hadisə, bir təşəbbüs, bir insan, bir xatirə varsa — bölüşün. Cəmiyyət üçün faydalı fikriniz, araşdırmanız, müsahibəniz, foto və ya videomaterialınız varsa — Vətənim.Media sizin üçün açıqdır.

Burada məqsəd sadəcə xəbər yaymaq deyil. Məqsəd Vətəni öz insanlarının gözü, sözü və yaddaşı ilə göstərməkdir.

Göndərilən materiallar dövlətçilik prinsiplərinə, Azərbaycan qanunvericiliyinə, etik normalara, milli-mənəvi və ailə dəyərlərinə uyğun olduğu halda nəzərdən keçiriləcək. Müəlliflik hüququna, fakta və məsuliyyətə hörmət əsas şərtdir.

YAZINIZI VƏ MATERİALINIZI GÖNDƏRİN

Mətn, foto, video və təkliflərinizi WhatsApp vasitəsilə göndərə bilərsiniz.

WhatsApp: +994 50 278 31 49

Vətənim.Media-da özünü gör. Çünki Vətənim — elə sənsən.

Vətənim Media Shorts

YouTube-da aç ↗