SEPAH Oman sahillərində tankerin minaya düşdüyünü açıqlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
SEPAH Oman sahillərində tankerin minaya düşdüyünü açıqlayıb

Vətənim Media xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Omanın Qənəm adasının şimalında neft tankerinin minaya düşdüyünü açıqlayıb.

Qurumun bildirdiyinə görə, iki tanker Hörmüz boğazından icazəsiz marşrutla gizli keçməyə cəhd edib. Tankerlərdən biri minaya düşərək partlayıb, onu müşayiət edən digər gəmi isə geri dönüb. SEPAH son günlər boğazdan icazəsiz marşrutla keçməyə çalışan tankerlərin sayının kəskin azaldığını da bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗