Vətənim Media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQM-170 tipli hərbi pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib. APA-nın İran dövlət mediasına istinadən yaydığı məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri əməliyyatın noyabrın 16-da səhər Qeşm adasının cənubunda keçirildiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, İran hərbçiləri elektron müharibə vasitələri ilə aparatın idarəetməsini ələ keçirib və onu zədələmədən yerə endiriblər. SEPAH bunu elektron müharibə və PUA komandanlığının bütöv vəziyyətdə ələ keçirdiyi dördüncü MQM-170 adlandırıb.
Əsas mənbə: APA
