ANAMA FK Xankəndidəki mini futbol turnirinin qalibi oldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ANAMA FK Xankəndidəki mini futbol turnirinin qalibi oldu

Vətənim Media xəbər verir ki, noyabrın 18-də Xankəndidə Zəfər Gününə həsr olunan mini futbol turniri başa çatıb. Finalda ANAMA FK Xüsusi Təyinatlı Qüvvələrin komandası ilə qarşılaşıb və qalib gəlib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, turnirdə Xankəndi və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 15 komanda iştirak edib. Yarış Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗