Vətənim Media xəbər verir ki, noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, nazirlər Azərbaycan-Türkiyə müttəfiqliyinin cari gündəliyini, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Əsas mənbə: APA
