Bərdədə avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bərdədə avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Vətənim Media xəbər verir ki, Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndindən keçən hissəsində avtomobil yolu keçən piyadanı vurub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qadın sürücünün idarə etdiyi avtomobilin vurduğu şəxs Bərdə rayonunun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımov olub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Meyiti Bərdə rayon morquna təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗