Vətənim Media xəbər verir ki, noyabrın 17-də ABŞ və Avropanın əsas fond indeksləri ucuzlaşıb. “Dow Jones” 1,64%, “S&P 500” 1,03%, “Nasdaq Composite” isə 0,74% geriləyib. Avropada “Euro Stoxx 50” 2,15%, Almaniyanın “DAX” indeksi 2,08% azalıb.
APA-nın məlumatına görə, Asiya-Sakit okean bazarlarında da eniş üstünlük təşkil edib. “Nikkei 225” 0,14% yüksəlsə də, regionun “MSCI AC Asia Pacific” indeksi 1,56% aşağı düşüb. Analitiklər enişi ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükü ilə bağlı məhdudiyyətləri sərtləşdirməsi, texnologiya sektorundakı satışlar və “Nvidia”nın maliyyə nəticələri ərəfəsində investorların ehtiyatlı davranması ilə əlaqələndiriblər. Süni intellektə yatırımların gəlirliliyi ilə bağlı narahatlıqların da bazarlara təzyiq göstərdiyi bildirilir.
Əsas mənbə: APA
