Vətənim Media xəbər verir ki, APA-nın “The War Zone” portalına istinadən yaydığı məlumata görə, ABŞ Senatının Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üzrə büdcə layihəsinə aid sənədlərində yeni nüvə aviasiya bombası B94-ün adı yer alıb. Proqrama 77,108 milyon dollar ayrılması təklif olunur.
Bombanın texniki xüsusiyyətləri və hazırlanma məqsədi açıqlanmayıb. “The War Zone” B94-ün möhkəmləndirilmiş və yerin dərinliyindəki obyektləri hədəf almaq üçün nəzərdə tutulan NDS-A proqramı ilə bağlı ola biləcəyini ehtimal edir. Bu əlaqə rəsmi şəkildə təsdiqlənməyib. ABŞ-da bundan əvvəl B90 adlı yeni nüvə aviasiya bombası hazırlanırdı, lakin onun proqramı 1991-ci ilin sentyabrında dayandırılmışdı.
Əsas mənbə: APA
