ABŞ banklarına xidmətlərlə bağlı 7,2 mindən çox şikayət daxil olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ banklarına xidmətlərlə bağlı 7,2 mindən çox şikayət daxil olub

Vətənim Media xəbər verir ki, “Downdetector” portalı ABŞ-ın bir neçə iri bankının xidmətlərində texniki problemlərlə bağlı 7,2 mindən çox müraciət qeydə alıb. Şikayətlər “J.P. Morgan”, “Bank of America”, “Wells Fargo”, “Chase Bank” və “US Bank”ın müştərilərindən daxil olub.

Müraciətlərin 4,4 mindən çoxu “Chase Bank”la bağlıdır. İstifadəçilər bank əməliyyatlarında çətinlik yarandığını, hesablarındakı vəsaitlərin isə düzgün göstərilmədiyini bildiriblər. Problemlərin səbəbi və xidmətlərin tam bərpa olunacağı vaxt barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗