Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin yeni redaksiyasını təsdiqləyib. Sənəd 2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” arasında imzalanıb.

Qanun sazişi və ona əlavə edilmiş 12 sənədi qəbul və təsdiq edir, həmçinin onların icrasına icazə verir. 2009-cu ildə imzalanmış ilkin redaksiyaya əsasən podratçılara verilən hökumət təminatı və öhdəliklər qüvvədə saxlanılır.

Qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün sazişin qüvvədə olduğu müddət ərzində müstəsna hüquq veriləcək. Saziş, hökumət təminatı və əlavələrdə nəzərdə tutulan hüquq və öhdəliklərə zidd olan digər qanun və inzibati aktların müddəaları, sazişdə başqa hal göstərilmədikdə, tətbiq olunmayacaq. Saziş və əlavələrə dəyişiklik tərəflərin yazılı razılığı ilə edilə bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗