Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Abşeron rayonunda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarda 8 nəfər saxlanılıb.
Saxlanılanlardan 4 kiloqram 200 qram narkotik maddə və psixotrop tərkibli 50 həb götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.
Əsas mənbə: APA
