Şirvanda axtarışda olan narkokuryer saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şirvanda axtarışda olan narkokuryer saxlanılıb

Vətənim Media xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.

İstintaqın məlumatına əsasən, İ.Rüstəmov və tanışı A.Şərifov satış məqsədilə iranlı narkotacirdən 4 kiloqramdan artıq narkotik vasitə və metadon həbləri əldə ediblər. Narkotikləri götürərkən A.Şərifov saxlanılıb və məhkəmə qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı qaçan İ.Rüstəmov barəsində axtarış elan olunub.

Saxlanılan şəxs barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗