Vətənim Media xəbər verir ki, Gürcüstanın Sərhəd Polisi dövlət sərhədini qrup halında qanunsuz keçmək və narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsi ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb.
İstintaqın müəyyən etdiyi məlumata görə, onlar Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sahəsinin “Vaxtanqisi” bölməsindən qanunsuz keçiblər. Saxlanılanlardan birinin üzərindəki plastik paketdə “tebain” narkotik vasitəsi aşkarlanaraq götürülüb. Faktla bağlı istintaq aparılır; bu cinayətlərə görə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Əsas mənbə: APA
