Vətənim Media xəbər verir ki, APA-nın “News.ru”ya istinadən yaydığı məlumata görə, Dağıstanda keçmiş səhiyyə naziri Əliomar Əhmədov və mülki müdafiə, fövqəladə hallar üzrə keçmiş nazir Nəriman Kazimaqamedov saxlanılıb.
Onların saxlanma səbəbləri və irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama verilməyib. Dağıstan rəhbəri Fedor Şukin noyabrın 18-də hər iki şəxsi vəzifəsindən azad edib. Əhmədov səhiyyə naziri vəzifəsini müvəqqəti icra edirdi, onu Nabi Kurayev əvəzləyib. Kazimaqamedovun yerinə isə Nadim Velixanov təyin olunub.
Əsas mənbə: APA
