ABB: Enerji sektoru 2025-ci ildə sənaye istehsalının 71,7 faizini təşkil edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABB: Enerji sektoru 2025-ci ildə sənaye istehsalının 71,7 faizini təşkil edib

Vətənim Media xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) “Azərbaycanın enerji icmalı: qlobal tendensiyalar və yerli dinamika” adlı araşdırma-hesabatını təqdim edib. APA-Economics-ə bankdan verilən məlumata görə, hesabatda Azərbaycanda və dünyada enerji sektorunun əsas tendensiyaları təhlil olunub.

Hesabatda qeyd edilir ki, enerji sektoru 2025-ci ildə Azərbaycanın sənaye istehsalının 71,7 faizini təşkil edib. Neft hasilatının uzunmüddətli azalması fonunda təbii qazın hasilat və ixracdakı rolu artıb, bərpa olunan enerji mənbələrinin payı isə 13,4 faiz olub. Elektrik və istilik istehsalında yanacaqdan istifadə səmərəliliyi 2007–2025-ci illərdə 33,6 faizdən 46,7 faizə yüksəlib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗