BVF: Azərbaycanda potensial iqtisadi artımı investisiyalar dəstəkləyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
BVF: Azərbaycanda potensial iqtisadi artımı investisiyalar dəstəkləyir

Vətənim Media xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, Azərbaycan və Qazaxıstanda potensial iqtisadi artımın yüksəlməsi kapital qoyuluşlarının artması və kapitaltutumlu sahələrə yatırılan investisiyalarla bağlıdır. BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Cardarelli bu barədə regional iqtisadi icmalın təqdimatında danışıb.

Cardarellinin sözlərinə görə, Fondun yeni tədqiqatı Qafqaz və Mərkəzi Asiya ölkələrində potensial iqtisadi artım tempinin yüksəldiyini göstərir. Ayrı-ayrı ölkələrdə artım 0,5 faiz bəndindən 0,75–1 faiz bəndinədək dəyişir. Ermənistan və Gürcüstanda isə potensial artımın əsas amili ümumi amil məhsuldarlığının yüksəlməsidir; buna ixtisaslı işçi qüvvəsinin axını və resursların, xüsusən informasiya-kommunikasiya texnologiyaları sektoruna yönəlməsi dəstək verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗