ING Azərbaycanın inflyasiyasının 2028-ci ildə 6%-ə yüksələcəyini gözləyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ING Azərbaycanın inflyasiyasının 2028-ci ildə 6%-ə yüksələcəyini gözləyir

Vətənim Media xəbər verir ki, Niderlandın “ING Group” bankı Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 5,4% olacağını proqnozlaşdırıb. Bank əvvəlki qiymətləndirmələrini bu iki il üçün dəyişməyib.

ING 2026-cı ilin IV rübündə inflyasiyanın 5,7%-ə çatacağını gözləyir; əvvəlki proqnoz 5,8% idi. Bank 2027-ci ilin I və II rübləri üçün 5,5%, III və IV rübləri üçün isə 5,4% proqnozlaşdırır. 2028-ci il üzrə gözləntisini 0,7 faiz bəndi artıraraq 6%-ə çatdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗