Vətənim Media xəbər verir ki, APA-nın ING-nin iqtisadi və monetar perspektivlər təhlilinə əsaslanan məlumatına görə, Niderland bankı Azərbaycan Mərkəzi Bankının 2027-ci ildə uçot dərəcəsini əsasən dəyişməz saxlayacağını proqnozlaşdırır.
ING analitikləri region ölkələrinin qlobal inflyasiya və aparıcı mərkəzi bankların sərt pul siyasəti qarşısında dayanıqlı olduğunu bildirir. Bankın qiymətləndirməsinə görə, möhkəm milli valyutalar, müsbət real faiz dərəcələri və xarici maliyyə daxilolmaları idxal inflyasiyasını məhdudlaşdırmağa kömək edir. Qazaxıstan və Özbəkistanda faizlərin ehtiyatla azaldılması üçün imkanlar qalır, Ermənistanın isə daha sərt pul siyasəti yürüdəcəyi gözlənilir.
ING regionda geosiyasi risklərin arta biləcəyini və bunun investisiya ilə kapital axınlarına mənfi təsir göstərə biləcəyini də qeyd edir. Bank 2027-ci ildə Özbəkistanın, potensial olaraq isə Ermənistanın kredit reytinqinin bir pillə yüksəldilməsini mümkün sayır. Azərbaycan Mərkəzi Bankı sonuncu dəfə oktyabrın 29-da uçot dərəcəsini 6,5 faiz, faiz dəhlizinin yuxarı həddini 7,5 faiz, aşağı həddini isə 5 faiz səviyyəsində saxlayıb.
Əsas mənbə: APA
