AMB nümayəndə heyəti İsveçrə Milli Bankında işgüzar səfərdə olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
AMB nümayəndə heyəti İsveçrə Milli Bankında işgüzar səfərdə olub

Vətənim Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti İsveçrə Milli Bankına işgüzar səfər edib. APA-nın AMB-yə istinadən yaydığı məlumata görə, görüşlərdə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələndirilməsi, kommunikasiya proseslərinin idarə olunması, habelə yüksək səviyyəli rəsmi tədbirlərin planlaşdırılması müzakirə edilib.

Tərəflər İsveçrə Milli Bankında bu sahələrdə tətbiq olunan iş mexanizmlərini və qabaqcıl təcrübələri nəzərdən keçirib. Təşkilati yanaşmalar, qurumlararası əməkdaşlığın əlaqələndirilməsi və iş səmərəliliyinin artırılması barədə də fikir mübadiləsi aparılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗