Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60,4 faiz artıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60,4 faiz artıb

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32,9 milyon manatlıq əczaçılıq məhsulu istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərici ötən ilin eyni dövründən 60,4 faiz çoxdur.

İstehsal olunan məhsulların 21,7 milyon manatını dərmanlar təşkil edib. Həmin dövrdə 4,2 milyon ədəd tibbi maska da istehsal olunub. Yanvar-sentyabr aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1,4 milyard manat xərcləyib; bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗