Vətənim Media xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” sərgisi noyabrın 6-dək davam edib. Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edib. ABB sərgiyə tərəfdaşlıq dəstəyi göstərib.
Sərgidə mənzil almaq istəyənlər, investorlar və sektorun peşəkarları yerli və beynəlxalq layihələrlə tanış olub, şirkət nümayəndələri ilə görüşüblər. Müzakirələrdə şəhərsalma, yeni inkişaf layihələri, dayanıqlı tikinti və maliyyə ilə texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlığı da yer alıb.
Əsas mənbə: APA
