Müşfiqabad qəsəbəsində 2 hektar sahədə 1250 ağac əkildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Müşfiqabad qəsəbəsində 2 hektar sahədə 1250 ağac əkildi

Vətənim Media xəbər verir ki, ABB Bakının Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak edib. İlk gün 2 hektar ərazidə 1250 ağac əkilib.

Aksiya meşə massivinin salınması üçün ayrılmış sahədə keçirilib. Ərazidə damcı suvarma sistemi də qurulub. Ağacəkmənin növbəti günlərdə davam etdirilməsi nəzərdə tutulur.

Təşəbbüs Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə, bir sıra dövlət və maliyyə qurumları arasında imzalanmış anlaşma memorandumu əsasında həyata keçirilir. Memorandumun hədəfi 2033-cü ilədək ölkə ərazisində ümumilikdə 1 milyon ağac əkməkdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗