Vətənim Media xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Ağdam rayonunun Sarıcalı kəndində ağacəkmə aksiyası keçirib. Şirkətin APA-Economics-ə verdiyi məlumata görə, tədbir 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunub.
Aksiya şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şirkət əməkdaşları 300 ağac əkib və ilkin suvarma işlərini aparıblar. Tədbir Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə ekoloji mühitin bərpasına və yaşıllıqların artırılmasına dəstək məqsədi daşıyıb.
Əsas mənbə: APA








