Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyasına PAŞA Bank da qoşulub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyasına PAŞA Bank da qoşulub

Vətənim Media xəbər verir ki, PAŞA Bank 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edib. Tədbirə bankın Baş Əməliyyat İnzibatçısı Fərid Cəfərov da qatılıb.

APA-nın məlumatına görə, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunu təmsil edən beş assosiasiyanın 2023-cü il martın 13-də imzaladığı memorandum çərçivəsində təşkil olunub. Proqramda 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağac əkilməsi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗