Avropa Liqasında IV turun oyunları başa çatdı: “Beşiktaş” “Seltik”ə uduzdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Avropa Liqasında IV turun oyunları başa çatdı: “Beşiktaş” “Seltik”ə uduzdu

Vətənim Media xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda 17 oyun keçirilib. “Yuventus” səfərdə “AZ Alkmaar”ı 2:1 hesabı ilə məğlub edib, “Bayer” isə evdə “Marsel”ə 0:1 hesabı ilə uduzub.

“Beşiktaş” səfərdə “Seltik”lə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Turun açılış matçında “Renn” və “Olimpiakos” qolsuz heç-heçə edib – 0:0.

Digər nəticələr: “Milan” – “Ferentsvaroş” 0:2, “Sparta” (Praqa) – “Bornmut” 1:3, “Kristal Palas” – “Hoffenhaym” 1:1, “Lillestrem” – “Viktoriya” (Plzen) 0:1, “Neymegen” – “Omoniya” 3:1, “Levski” (Sofiya) – “Yagelloniya” 1:0, “Real Sosyedad” – “Lion” 1:1, “Anderlext” – “Zalsburq” 2:0, “Hapoel” (Beer-Şeva) – “OFİ” 0:2, “Selta” – “Yunion Sent-Jilluaz” 1:2, “Torrense” – “Ararat-Armeniya” 3:2, “Şturm” – “Tselye” 2:3, “Benfika” – “Lex” (Poznan) 3:1, “Sanderlend” – “Dinamo” (Zaqreb) 0:2.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗