Afyonkarahisarda silahlı hücumda ölənlərin sayı 9-a yüksəlib

Şrift
Afyonkarahisarda silahlı hücumda ölənlərin sayı 9-a yüksəlib

Vətənim Media xəbər verir ki, Türkiyənin Afyonkarahisar bölgəsində silahlı hücum zamanı yaralanan qadınlardan biri xəstəxanada vəfat edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, ölənlərin sayı 9-a çatıb.

Hadisə ilə bağlı əvvəl yayılan məlumata əsasən, müxtəlif ünvanlarda 7 nəfərin meyiti tapılmış, daha iki nəfərin yaralandığı bildirilmişdi. İlkin istintaq nəticəsində ölənlərin tüfənglə öldürüldüyü müəyyənləşmişdi. Şübhəli şəxsin və ya şəxslərin qırmızı avtomobillə hadisə yerindən qaçdığı qeyd olunmuşdu.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗