Vətənim Media xəbər verir ki, sahibkarlara qarşı külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi başlanıb. APA-nın məlumatına görə, ittihama əsasən, Nadir Allahverdiyev spirtli içki və ət satışı ilə məşğul olan şəxslərdən məhsul alıb, lakin öhdəliklərini yerinə yetirməyib. Zərərçəkmişlərə 300 min manata yaxın ziyan dəyib. İstintaq dövründə Allahverdiyev 40 min manat ödəyib.
Zərərçəkmiş qismində “Polad SR” MMC, “Organic Line” QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC və Kamran İsayev tanınıb. Allahverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, külli miqdarda dələduzluq ittihamı irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun icraatına verilib. Hazırlıq iclası noyabrın 16-na təyin olunub.
Əsas mənbə: APA
