Vətənim Media xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadi barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması barədə qərar qəbul edib. APA-nın əldə etdiyi məlumata görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Ardeshir Seyfpour Saad Abadi Nizami Kino Mərkəzinin fasadına boya ilə yazılar yazmaqda ittiham olunur. Hadisə aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında baş verib. Onun barəsində əvvəl həbs qətimkan tədbiri seçilmişdi.
Əsas mənbə: APA
