Vətənim Media xəbər verir ki, oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə 799 piyada əleyhinə və 180 tank əleyhinə mina, eləcə də 3070 partlamamış hərbi sursat aşkarlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin APA-ya verdiyi məlumata görə, ay ərzində 4898,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Əsas mənbə: APA
