Firudin Qurbanov özəl məktəblərin vahid geyim qaydalarına münasibət bildirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Firudin Qurbanov özəl məktəblərin vahid geyim qaydalarına münasibət bildirib

Vətənim Media xəbər verir ki, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilən vahid geyim qaydalarının dövlət məktəblərinə şamil olunduğunu deyib. Onun sözlərinə görə, özəl ümumi təhsil müəssisələri də nizamnamələrinə uyğun olaraq geyim qaydalarını özləri müəyyən edə bilərlər.

Qurbanov bildirib ki, məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. O, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması və məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi prinsiplərinin bütün təhsil müəssisələrində ardıcıl tətbiqinin daha sağlam və nizamlı təhsil mühitinə müsbət təsir göstərə biləcəyini qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗