Vergi yoxlaması qarşılığında 200 min manat rüşvət almaqda ittiham olunanların işi məhkəməyə göndərilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Vergi yoxlaması qarşılığında 200 min manat rüşvət almaqda ittiham olunanların işi məhkəməyə göndərilib

Vətənim Media xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsi barəsində istintaqı tamamlanan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaqın qənaətinə əsasən, Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov 2026-cı ilin mayında Bakıdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən sahibkarlardan yoxlamaların və cərimələrin qarşısını almaq məqsədilə ümumilikdə 200 min manat rüşvət alıblar. Onlara qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗