Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanda dövlətə xəyanət və təxribat ittihamları ilə həbs olunan “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze Apellyasiya Məhkəməsinin qərarı ilə 4 min lari girov müqabilində azadlığa buraxılıb. Bu qərar cinayət təqibinin dayandırılması demək deyil. Çubinidze məhkəmə proseslərində azadlıqda iştirak edə biləcək.
İstintaqın iddiasına görə, Çubinidze 2026-cı ilin fevralından media vasitələri və sosial platformalarda Gürcüstan baş nazirinin Azərbaycanla gizli razılaşma əsasında “Keşikçidağ” monastır kompleksinin bir hissəsini verdiyi barədə yalan məlumatlar yayıb. O, oktyabrın 22-də saxlanılmış, ertəsi gün iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. İttiham sübuta yetirilərsə, jurnalisti dörd ilədək həbs cəzası gözləyir.
Əsas mənbə: APA
