Həyat yoldaşını qətlə yetirən şəxs 9 il 6 ay həbs cəzası aldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Həyat yoldaşını qətlə yetirən şəxs 9 il 6 ay həbs cəzası aldı

Vətənim Media xəbər verir ki, həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə hökm hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Vasif Abbasov bu il martın 20-də Suraxanı rayonunun Hövsan qəsəbəsində həyat yoldaşı, 35 yaşlı Pərvanə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilib. Cinayət işi Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗