Vətənim Media xəbər verir ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmin inklüzivlik, bərabərlik və icmaların liderliyi vasitəsilə sülh quruculuğuna töhfəsi müzakirə edilib. APA-nın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmdə iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət aktorlarını bir araya gətirdiyini bildirib. O, 2024-cü ildə COP29 çərçivəsində ilk dəfə BMT-nin iqlim konfransı daxilində Turizm Gününün keçirildiyini xatırladıb.
Dövlət Turizm Agentliyinin əməkdaşı Leyla Musayeva Xınalıqda turizmin inkişafının qadınların sənətkarlıq və digər turizm fəaliyyətlərində iştirakını artırdığını deyib. Kənd 2007-ci ildə dövlət qoruğu elan edilib, 2021–2024-cü illərdə aparılan bərpa və konservasiya işləri, eləcə də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə mədəni irsin qorunmasına töhfə verib. Uqandalı sahibkar Enn Kalembe bildirib ki, ölkəsi turizmi iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və sektorda təxminən 1 milyon iş yeri yaradılıb. Uqanda 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi hədəfləyir.
Əsas mənbə: APA
