Vətənim Media xəbər verir ki, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrın əməkdaşı Aynurə Əkbərova barədə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə şikayət edib. Məhkəmə şikayəti icraata götürüb və Əkbərova təqsirləndirilən şəxs qismində cəlb olunub.
İttihama görə, teatrın meneceri və layihə rəhbəri olan Əkbərova kütləvi informasiya vasitələrində Əhmədzadə barədə böhtan xarakterli məlumatlar yayıb. O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilir. Bu maddə böhtana, yəni şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların yalan olduğunu bilə-bilə yaymağa aiddir.
Əsas mənbə: APA
