Vətənim Media xəbər verir ki, Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradaliev süni intellektdən istifadənin bütün dövlətlərin maraqları nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyini bildirib. O, Bakıda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin görüşünün xüsusi birgə sessiyasında çıxış edib.
Nazirin sözlərinə görə, qabaqcıl texnologiyaların tətbiqi beynəlxalq hüquqa və etimada əsaslanmalı, məsuliyyətli yanaşma ilə həyata keçirilməlidir. Mıradaliev, həmçinin Türkmənistanın BMT, UNESCO, UNICEF, İslam Əməkdaşlıq Təşkilatı və digər tərəfdaşlarla humanitar əməkdaşlığı inkişaf etdirdiyini, mədəniyyətlərarası dialoqun isə sülh və qarşılıqlı anlaşma üçün birgə fəaliyyət tələb etdiyini vurğulayıb.
Əsas mənbə: APA
