Vətənim Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, 2026-cı ilin sentyabrında ölkədaxili kartlarla nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat olub. Bunun 7 milyard 755 milyon manatı elektron ticarətin, 1 milyard 220 milyon manatı POS-terminalların payına düşüb. Bankomat və özünəxidmət terminalları vasitəsilə təxminən 2 milyon manatlıq ödəniş aparılıb.
Elektron ticarət sentyabrda nağdsız ödənişlərin təxminən 86,4 faizini təşkil edib. Yanvar–sentyabr aylarında kartlarla ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb. Bu əməliyyatların ölkədaxili kart əməliyyatlarının ümumi həcmindəki payı 69,7 faiz olub.
Əsas mənbə: APA
