Vətənim Media xəbər verir ki, Bakıda keçirilən beynəlxalq görüşdə ICESCO-nun baş direktoru Salem bin Məhəmməd Əl-Malik süni intellektin mədəni irsin qorunması və ona çıxış imkanlarının artırılması üçün yeni imkanlar yaratdığını bildirib. Eyni zamanda, texnologiyanın artan təsirinin dini dözümsüzlük və dezinformasiyaya qarşı qoruyucu mexanizmlər qurmağı zəruri etdiyini deyib.
Əl-Malik təhsil və mədəniyyət müəssisələrinin gənclərə süni intellektdən məsuliyyətlə istifadə etməyi öyrətməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, öhdəliklər konkret fəaliyyətlə həyata keçirilməli, tərəfdaşlıqlar isə insanlara təsiri əsasında qiymətləndirilməlidir. O, görüşün icrasına hazır olduqları qərarlarla yekunlaşmalı olduğunu qeyd edib.
Əsas mənbə: APA
