Vətənim Media xəbər verir ki, Qəbələ rayonunun Yengicə kəndi yaxınlığında inşa olunan su anbarının tikintisi davam edir. Layihə Vəndamçay və Qaraçayın birləşdiyi ərazidə 2024-cü ildə başlayıb.
Su anbarının 17,5 milyon kubmetr tutumu olacaq. Layihə ilə 10 min hektar kənd təsərrüfatına yararlı torpağın su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Həmin sahələrin 3 388 hektarında mövcud su təminatı yaxşılaşdırılacaq, 6 612 hektarında isə yeni suvarma imkanları yaradılacaq.
Əsas mənbə: APA
