Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda süni intellekt dövründə dialoqun gücləndirilməsi mövzusunda xüsusi sessiya təşkil olunub. Paneldə Azərbaycanın beynəlxalq dialoqun təşviqindəki rolu, mədəni irsin qorunması və süni intellektin yaratdığı imkanlar müzakirə edilib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz süni intellektdən mədəni irsin qorunması, sənədləşdirilməsi və qanunsuz mədəni sərvət dövriyyəsinə qarşı mübarizədə istifadə imkanlarından danışıb. Bosniya və Herseqovinanın federal naziri Sanya Vlaysavleviç texnologiyanın manipulyasiya və ayrı-seçkilik vasitəsinə çevrilməməsinin vacibliyini vurğulayıb. Slovakiya rəsmisi Mario Maruşka isə kiçik mədəniyyətlərin və dillərin təmsilçiliyinin zəifləməsi riskinə diqqət çəkib.
Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava ölkəsində mədəni irsin rəqəmsallaşdırılması işlərindən danışıb. Çin səfiri Lu Mey süni intellekt imkanlarından inkişaf etməkdə olan ölkələrin də bərabər faydalanmalı olduğunu bildirib. Macarıstanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Katalin Annemariya Boqyai texnologiyanın mədəniyyətlər və dillər arasında körpü rolunu oynamalı olduğunu qeyd edib.
Əsas mənbə: APA
