Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin iki komitəsinin birgə iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə vəzifəli şəxslərin gəlir əldə etməsi və kommersiya fəaliyyəti ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
Təklifə əsasən, vəzifəli şəxs güzəştli vergi rejimi tətbiq olunan və qanunda göstərilən digər ərazilərdə qeydiyyata alınmış emitentlərin qiymətli kağızlarından gəlir götürə bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyyyəti istisna olmaqla, sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmaq da qadağan edilir. Əmanət, qiymətli kağız, renta, royalti və icarədən qanunvericiliyə uyğun gəlir əldə etməyə isə icazə verilir.
Layihədə xidməti vəzifə zamanı əldə edilən, ictimaiyyətə açıqlanmayan məlumatlardan şəxsi fayda üçün istifadə və sahibkarlıq subyektlərinin idarəetmə orqanlarında iştirakla bağlı da məhdudiyyətlər yer alır. Dövləti və ya bələdiyyəni təmsil etmək istisna təşkil edir.
Əsas mənbə: APA
