Vətənim Media xəbər verir ki, Fransada oktyabrın 17-18-də keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlər ciddi maddi ziyana səbəb olub. APA-nın məlumatına görə, Fransanın Dövlət İdarəçiliyi və Siyasəti üzrə Tədqiqatlar Fondunun (IFRAP) hesablamasında ümumi zərər təxminən 1,1 milyard avro qiymətləndirilir.
Hesablamaya əsasən, birbaşa maddi zərər 910 milyon avro, biznes fəaliyyətinin dayanması nəticəsində yaranan itkilər isə 190 milyon avro ola bilər. Hadisələr ölkə üzrə 2 500-dən çox obyektə ziyan vurub.
Əsas mənbə: APA
