Vətənim Media xəbər verir ki, oktyabrın 29-da təmir işləri ilə əlaqədar Yasamal və Xətai rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamalda fasilə saat 10:00-dan 13:00-dək, Xətainin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək davam edəcək. Abşeron rayonunun Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi saat 10:00-dan 16:00-dək dayandırılacaq. Məhdudiyyətlər təmir işləri ilə bağlıdır.
Əsas mənbə: APA
